Tramp: “Suriya bizim dostumuz deyil”backend

Tramp: “Suriya bizim dostumuz deyil”

“ABŞ Suriyaya müdaxilə etməməlidir”.

KONKRET.az  xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Suriyada vəziyyət qarışıqdır. Amma Suriya bizim dostumuz deyil. Bu, bizim savaşımız deyil. Biz bu vəziyyətin öz-özünə həllinə imkan verməliyik”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, müxalifət Suriya Prezidenti Bəşər Əsədi devirmək üçün ciddi addımlar atmağa hazırlaşır:

“Onlar artıq Dəməşqə yaxınlaşırlar. Bu, Bəşər Əsəd rejiminə qarşı atılmış ciddi addımdır”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*