ABŞ prezidenti Donald Tramp TikTok müqaviləsinə icazə verən sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Prezident bu sərəncamla TikTok-un Amerika investorlarının konsorsiumuna satışına icazə verib.
“Çin tərəfindən müəyyən müqavimət var idi, lakin əldə etmək istədiyimiz əsas şey TikTok-un işlədiyinə əmin olmağımızdır. Lakin, biz həm də qanunun tələb etdiyi kimi amerikalıların məlumat məxfiliyini qoruduğumuzdan əmin olmaq istəyirdik”, – Vans bildirib.
Görüntüləri təqdim edirik:
Dəniz Pənahova
KONKRET.az