Bu gün bütün dünyanın diqqəti ABŞ-yə yönəlib. Belə ki, adıçəkilən ölkədə prezident seçkiləri keçirilir. Prezidentlik uğrundan iki əsas namizəd Donald Tramp (Respublikaçılar Partiyası) və Kamala Harris mübarizə aparır. Keçirilən rəy sorğularından aydın olur ki, hər iki tərəfin şansları bərardir.
KONKRET.az xəbər verir ki, BBC həm Trampın, həm də Harrisin şanslarını qiymətləndirib.
Həmin yazını təqdim edirik:
Tramp qalib gələ bilər, çünki…
İqtisadiyyat seçicilər üçün bir nömrəli məsələdir. İşsizlik faizi aşağı olsa da, əksər amerikalılar qiymət artımından şikayət edirlər. Pandemiyadan sonra inflyasiya 1970-ci illərdən bəri görünməyən səviyyələrə çatıb və Trampa “İndi dörd il əvvəlkindən daha yaxşısınız?” sualını vermək şansını yaradıb. Amerikalıların yalnız 25 faizi ölkənin iqtisadi siyasətindən razı qaldıqlarını bildirir. Görünür ki, insanlar hazırkı hökumətin iqtisadi xəttindən mənnun deyil.
6 yanvar 2021-ci ildə ABŞ Kapitolunda baş vermiş iğtişaşın nəticələrinə, bir sıra ittihamlar və cinayət iddialarına baxmayaraq, Trampın reytinqi 40% və ya daha çox olub.
İqtisadiyyatın vəziyyətindən əlavə, seçkilər çox vaxt emosional təsirə malik bir məsələ ilə həll olunur. Demokratlar abortla, Tramp isə immiqrasiya ilə gündəmə gəldi. Sərhəddəki qarşıdurmalar Bayden dövründə rekord səviyyəyə çatdıqdan və axın sərhəddən uzaq ştatlara təsir etdikdən sonra sorğular seçicilərin immiqrasiya məsələsində Trampa daha çox güvəndiyini göstərir.
Təhsilsiz insanlara Trampın müraciəti, onları diqqətdə saxlaması bu qəbildən olan insanların sabiq dövlət başçısına dəstəyini artırıb.
Trampın digər tezisi isə onun dövründə müharibə baş verməməsidir. Seçicilər dünyda münaqişələrin baş verməsindən narahatdır və onlar düşünürlər ki, bu, ittifaqları sarsıldır. Həmçinin bir çox amerikalı müxtəlif səbəblərdən ABŞ-nin Ukrayna və İsrailə milyardlar göndərməsindən narazıdır, Amerikanın Bayden dövründə daha zəif olduğunu düşünür.
Harris qalib gələ bilər ki, çünki…
Trampın üstünlüklərinə baxmayaraq, onun zəif olduğu nöqtələr də var.
2020-ci ildə o, Respublikaçı namizəd üçün rekord sayda səs qazandı, lakin məğlub oldu, çünki daha yeddi milyon amerikalı Baydeni dəstəklədi.
Bu dəfə Harris Trampın qayıdışı ilə bağlı qorxu faktorunu oynayır. O, sabiq prezidenti “faşist” və demokratiya üçün təhlükə adlandırır.
İyul ayında “Reuters”in sorğusu göstərdi ki, hər beş amerikalıdan dördü ölkənin nəzarətdən çıxdığını hiss edir. Harris seçicilərin, xüsusən mötədil respublikaçılar və müstəqillərin onu sabitliyin namizədi kimi görəcəyinə ümid edir.
Baydenin namizəd olduğu zaman demək olar ki, əksər amerikalı Trampı dəstəkləyirdi. Lakin onlar daha sonra Harrisin ətrafında toplandı. Harrisin iddialı açıqlamaları ona dəstəyi yenidən geri qaytardı.
Daha əvvəl Respublikaçılar Baydenin yaşının da bəhanə gətirərək onun prezident səlahiyyətlərini yerinə yetirə bilməyəcəyini qeyd edirdilər. Ancaq Harrisin namizəd olmasından sonra hazırda ən yaşlı şəxsin Tramp olduğu qeyd edilir. Bu da sabiq dövlət başçısının əleyhinə işləyən məqamlardandır.
Abort hüquqlarının qorunmasından narahat olan seçicilər böyük əksəriyyəti Harrisi dəstəkləyirlər və biz keçmiş seçkilərdə, xüsusən də 2022-ci il ara seçkilərində gördük ki, bu məsələ fəallığı artıra və nəticəyə real təsir göstərə bilər.
Onun ilk qadın prezident olmaq istəyinin tarixi xarakteri də qadın seçicilər arasında əhəmiyyətli liderliyini gücləndirə bilər.
Məlum olub ki, Harrisi yaşlılar və təhsilli insanlar dəstəkləyir. Trampın isə daha çox gənclər və savadsız qruplar prezident olmasını istəyir.
Vurğulanır ki, Harris seçki kampaniyasına və PR-na daha çox pul xərcləyib.
Məlik,
KONKRET.az