ABŞ-ın nüfuzlu The Wall Street Journal (WSJ) nəşri yazır ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşə razılıq verməsi müharibəyə son qoymaq məqsədi daşımır, əksinə, vaxt udmaq cəhdidir.
KONKRET.az xəbər verir ki, nəşrin analizinə görə, bu görüşün Ukrayna müharibəsində dönüş nöqtəsi olacağı ehtimalı azdır.
Məqalədə qeyd olunur ki, Putin danışıqlar zamanı Rusiya qoşunlarının Ukraynanın bəzi bölgələrindən çıxarılması müqabilində işğal altındakı ərazilərin bir hissəsinin rəsmi Moskvanın nəzarətinə keçməsini təklif edə bilər.
Lakin Kiyev və Avropa bu təklifi qəbul etməzsə, bu, Putinin xeyrinə işləyə bilər. Belə olan halda, detallarla nadir hallarda maraqlanan Tramp Ukraynanı müharibəni davam etdirməkdə günahlandıra bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az