Tramp yəhudiləri təhrik etdi: “Hamınız mənə səs verəcəksiz!”backend

Tramp yəhudiləri təhrik etdi: "Hamınız mənə səs verəcəksiz"

ABŞ-nın əsas səsvermə mərkəzlərindən olan Florida ştatında Amerika-İsrail Şurasının Zirvə görüşünə qatılan Donald Tramp “Mən İsrailin ən yaxın dostuyam” mesajını verib.

Lakin Tramp atmacasından da qalmayıb. O, deyib ki, yəhudilərin gözü puldan başqa bir şey görmür.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdə amerikalı yəhudilərin ən yaxın dostu olduğunu deyən Tramp onların Demokrat Partiyadan olan Barak Obamaya səs verməsini tənqid edib. “Əksəriyyətiniz əvvəlki administrasiyaya səs verdiz. Bir gün bunu mənə izah etməli olacaqsız. Demokrat Partiyanın nümayəndələrinin İsraili sevmədiyini düşünmürəm. Ağ Evdə sizin məndən yaxın dostunuz yoxdur”.

Tənqid və təhrik dolu çıxışına Donald Tramp bunları da əlavə edib: “Sizə deyim ki, Pocahontaya səs verməyəcəksiniz. Sərvətinizin 100 faizini əmlak vergisi şəklində sizdən almaq istəyənləri hakimiyyətə gətirmək istəməzsiz hər-halda. Bəziləriniz məni bəyənməsəz də mənə səs verəcəksiz”.

Hazırladı: Günel Museyib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*