Tramp yenə Çinə qarşı – Bahalaşma gözlənilirbackend

Tramp yenə Çinə qarşı - Bahalaşma gözlənilir

ABŞ Çinə ticarət məhdudiyyətlərini genişləndirə bilər.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Çinə təkcə proqram təminatı (PТ) deyil, həm də bir sıra digər malların ixracını məhdudlaşdıra bilər.

Bu barədə TASS məlumat yayıb.

“Bunu mən başlamamışam, bu sadəcə onların addımlarına cavabdır. Onların hərəkətləri təkcə bizə deyil, bütün dünyaya qarşı yönəlib,” – deyə Tramp bildirib.

Dövlət başçısı daha əvvəl açıqlamışdı ki, 1 noyabrdan etibarən və ya daha tez ABŞ Çindən idxal olunan mallara 100 faizlik gömrük rüsumu tətbiq edəcək.

Tramp həmçinin qeyd edib ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində Çin sədri Si Cinpinlə planlaşdırılan görüşün “artıq mənasız” olduğunu düşünür. Onun sözlərinə görə, Pekinin nadir torpaq metalları ilə bağlı qərarı “düşmən addımı” kimi qiymətləndirilir. Tramp bildirib ki, Çin dünyanın müxtəlif ölkələrinə məktublar göndərərək bu metallarla bağlı məhsulların ixracına nəzarət tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, sentyabr ayında Çin internet tənzimləyicisi ölkənin aparıcı texnologiya şirkətlərinə Nvidia-nın yüksək performanslı çiplərinin, o cümlədən RTX Pro 6000D modelinin alınmasını dayandırmağı və artıq verilmiş sifarişləri ləğv etməyi tapşırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*