ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, hamı İranın paytaxtını dərhal tərk etməlidir.
KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitindəki iştirakını yarımçıq saxlayaraq təcili şəkildə Vaşinqtona qayıdır. Bu barədə Ağ Evin mətbuat katibi açıqlama verib.
Açıqlamaya əsasən, qərarın səbəbi Yaxın Şərqdə, xüsusilə də İran və İsrail arasında gərginliyin pik həddə çatmasıdır.
Donald Tramp öz bəyanatında bildirib:
“İran mənim təklif etdiyim sazişi imzalamalı idi. İndi isə bu – bir utanc və insan həyatının boşuna itkisi deməkdir. İranın nüvə silahı ola bilməz. Hamı Tehrandan dərhal təxliyə edilməlidir.”
Tramp, həmçinin Milli Təhlükəsizlik Şurasının (NSC) təcili iclasını çağırıb və administrasiyasına iranlılarla mümkün qədər tez birbaşa danışıqlar təşkil etməyi tapşırıb. Bu barədə məlumatı Fox News yayıb.
Tehranda panika və xaos
Tehrandan gələn görüntülərə əsasən, minlərlə insan şəhəri tərk etməyə çalışır, yollarda kilometrlərlə tıxaclar yaranıb. Paytaxtda ciddi panika hökm sürür.
Digər tərəfdən, Çinin İsraildəki səfirliyi də öz vətəndaşlarını İordaniya istiqamətində İsraili təcili tərk etməyə çağırıb. Bu çağırış da bölgədə vəziyyətin nə qədər kritik olduğunu bir daha təsdiqləyir.
Müşviq Tofiqoğlu,
KONKRET.az