Trampın andiçməsinə kim nə qədər ödədi?backend

Trampın andiçməsinə kim nə qədər ödədi?

Bu gün ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki,  inauqurasiyası üçün rekord məbləğ- 250 milyon dollar toplanıb. CNN-dən  daha sonra bildirilib ki,  vəsait Trampın və onun vitse-prezidenti Ceyms Devid Vansın inauqurasiya komitəsi, eləcə də inauqurasiya tədbirləri üçün digər böyük fandreyzinq təşkilatları tərəfindən yığılıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Donald Trampın əvvəlki inauqurasiyası cəmi 107 milyon dollar toplanmışdı. Verilən məlumata görə, Respublikaçıların inauqurasiyasını iri texnologiya şirkətləri maliyyələşdirəcək, onların rəhbərləri bu gün Vaşinqtonda keçiriləcək tədbirdə iştirak edəcəklər.Siyahıya “Meta”, “Apple”, “Amazon”, “Google”, “Microsoft”, “OpenAI” və “Uber” daxildir. Kriptovalyuta sənayesindəki əsas oyunçular da andiçməyə pul xərcləyiblər. “Ripple” 5, “Robinhood” 2,”Coinbase” isə  1 milyon dollarından keçib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*