“Trampın bu addımı Azərbaycan və Türkiyə üçün sərfəlidir” – Vaşinqtondan Bakıya YENİ MESAJbackend

"Trampın bu addımı Azərbaycan və Türkiyə üçün sərfəlidir" - Vaşinqtondan Bakıya YENİ MESAJ

ABŞ prezidenti Donald Trampın “III Dünya Müharibəsinin başlamasına imkan verməyəcəyik” bəyanatı beynəlxalq siyasətdə rezonans doğurub. Onun bu mövqeyinin region dövlətlərinin strategiyasına təsiri də müzakirə olunur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Tramp hazırda həm ABŞ, həm də dünya tarixində sülhpərvər siyasi lider obrazı formalaşdırmağa çalışır:

Azərbaycan ABŞ-ın erməni layihəsini birdəfəlik sıradan çıxarıb — Politoloq

“O, indiyədək bir sıra mühüm münaqişələrin müvəqqəti dayandırılmasına nail olub. Cənubi Qafqazda da Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin razılaşdırılmış mətni Vaşinqtonda paraflanıb. Bu sənədin ABŞ-ın iştirakı ilə imzalanması region üçün sabitlik və sülh faktoru rolunu oynayacaq”.

Politoloqun sözlərinə görə, Trampın “III Dünya Müharibəsinin qarşısını almaq” istiqamətində atdığı addımlar qlobal miqyasda da diqqətlə izlənilir:

“Ukrayna savaşı hazırda dünya müharibəsini alovlandıra biləcək əsas faktor kimi qiymətləndirilir. Tramp isə bu münaqişənin genişlənməsinin qarşısını almağa çalışır. Bu mövqe Azərbaycan və Türkiyə üçün də sərfəlidir. Çünki hər iki ölkə müharibə tərəfi olmaq istəmir”.

Ekspert əlavə edib ki, Çin də qlobal müharibə tərəfdarı deyil:

“ABŞ-ın Çinlə ciddi siyasi-iqtisadi rəqabəti mövcuddur, lakin bu, hərbi qarşıdurmaya keçməyib. Trampın sülhpərvər mövqeyi davamlı olarsa, dünya üçün sabitlik vəd edə bilər. Əsas məsələ beynəlxalq hüquq normalarının qorunmasıdır. Bu, qlobal savaşın qarşısını ala biləcək ən vacib amildir”.

Beləliklə, Trampın sülh yönümlü bəyanatları həm regional, həm də beynəlxalq müstəvidə sabitlik üçün ümidverici siqnal hesab olunur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*