Trampın təyyarəsi üçün raket pullarını kəsdilərbackend

Trampın təyyarəsi üçün raket pullarını kəsdilər

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) strateji əhəmiyyətli yeni qitələrarası ballistik raket (ICBM) layihəsinin maliyyəsini başqa istiqamətə yönəldib. Bu barədə Inside Defense nəşri məlumat yayıb.

KONKRET.az xəbər verir ki, raketin hazırlanması üçün nəzərdə tutulan vəsait ABŞ prezidenti Donald Tramp üçün nəzərdə tutulmuş lüks təyyarənin modernləşdirilməsinə sərf olunub.

Söhbət Boeing 747-8 təyyarəsindən gedir. Qiyməti bir neçə yüz milyon dollarla ölçülən bu təyyarə Qətər tərəfindən ABŞ-a hədiyyə olunub və hazırda müvəqqəti “Air Force One” kimi istifadə edilir.

Nəşrin yazdığına görə, bu qərar tənqidçilər tərəfindən ciddi narazılıqla qarşılanıb, çünki sözügedən raket layihəsi ABŞ-ın milli təhlükəsizlik strategiyasında mühüm yer tutur.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*