ABŞ Prezidenti Donald Tramp və nəvəsi golf oynayarkən ABŞ-ın xarici siyasətini və iqtisadiyyatı müzakirə ediblər.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan video 360 mindən çox baxış toplayıb.
Ağ Evdə işlərin necə getdiyi ilə bağlı suala cavab olaraq Tramp bildirib ki, hər şey əladır və o, yeddi müharibəni bitirib. ABŞ lideri həmçinin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini sülhə gətirməyə ümid etdiyini deyib.
“Qalan hər şey superdir, iqtisadiyyat isə şokolad kimidir”, – deyə Tramp əlavə edib. Nəvəsi isə bu fikirlərə sadəcə “hə, hə” deyə cavab verib.
Bundan əlavə, Tramp nəvəsi ilə birlikdə sahənin digər hissəsinə keçərkən, qarşıdan gələn golf avtomobilinin sürücüsü onu salamlayıb. Ağ Ev rəhbəri isə ona vergiləri azaldacağına söz verib.