Türkiyənin tanınmış simalarından olan və müğənnilik karyerasına başlamaq istəyən Turabinin yeni mahnısı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin hədəfinə tuş gəlib.
KONKRET.az türk mediasına istinadən xəbər verir ki, Turabi Çamkıran son zamanlarda sosial mediada böyük maraqla qarşılanan bir mahnı yayımlayıb. Müğənni özü də paylaşım edərək “Survivor 2025” yarışına qatılmayacağını və musiqi karyerasına fokuslanacağını bildirib.
Lakin ABŞ-də yaşayan Turabinin ingilis dilində ifa etdiyi “Wine me, dine me!” adlı mahnısı qeyri-etik ifadələrə görə Türkiyə ictimaiyyətində ciddi tənqidlərə məruz qalıb. Mahnıya aid görüntülərin sosial mediada yayılmasının ardından Ailə və Sosial Xidmətlər Nazirliyi müdaxilə edib.
Nazirlik mahnının mətnində əxlaqa zidd və qadınları alçaldan ifadələrin yer aldığını, bunun ictimai asayişi poza biləcəyini bildirib. Həmçinin, belə məzmunların milyonlarla insanın istifadə etdiyi platformalarda yayılmasının cəmiyyətin strukturuna mənfi təsir göstərə biləcəyi, xüsusilə uşaqların və gənclərin mənəvi inkişafına zərər vura biləcəyi vurğulanıb. Bu səbəbdən, mahnının videomateriallarına girişin bloklanması tələb edilib.//Milli.Az