backend

Tural Gəncəliyev deputatlığa namizədliyini irəli sürdü

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deputatlığa namizədliyini irəli sürüb.

KONKRET.AZ xəbər verir ki, bu barədə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.

Bildirilib ki, Tural Gəncəliyev 122 saylı Xankəndi Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizədliyini verib.

Qeyd edək ki, 2020-ci ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*