“Turan Tovuz” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşıbackend

"Turan Tovuz" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında XII turun daha iki oyunu bu gün keçiriləcək.

KONKRET.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Qarşılaşma saat 15:00-da start götürəcək. Tovuz klubu 22 xalla ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 19 xalla altıncı sıradadır.

Günün ikinci görüşündə “Qəbələ” “Zirə”nin qonağı olacaq. Bu oyun saat 17:30-da başlayacaq. “Qartallar” 20 xalla 5-ci, qonaqlar 5 xalla 11-ci sıradadır.

Misli Premyer Liqası

II dövrə, XII tur

22 noyabr

15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Vüqar Həsənli.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

“Liv Bona Dea Arena”

17:30. “Zirə” – “Qəbələ”

Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün “Kəpəz” səfərdə “Karvan-Yevlax”ı (2:1), “Qarabağ”ı isə “Sumqayıt”ı (4:2) məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*