backend

Turistlərin olduğu adada təbii fəlakət: 5 ölü, 20 yaralı 

Yeni Zelandiyanın aktiv vulkanlarından olan Ağ Adada (White Island) vulkan püskürməsi baş verib.

KONKRET.AZ xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət zamanı 5 nəfər həyatını itirib, 20-yə yaxın insan yaralanıb.

Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir. 20-ə yaxın insan isə itkin düşüb və barələrində xəbər yoxdur.

Hadisə zamanı adada təxminən 50-ə yaxın adamın olduğu və əksəriyyətinin turistlər təşkil etdiyi qeyd olunur.

Qeyd edək ki, adada vulkan püskürməsi 2001-ci ildən bəri ilk dəfə baş verib.

Hazırda xilasetmə işləri davam etdirilir. Ada istiqamətində uçuşlar təxirə salınıb.

Hazırladı: Günel MUSEYİB

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*