İllik 13,2 milyon turist qəbul edən ölkəmiz təkcə 2025-ci ilin ilk altı ayında 26 milyon 390 min ziyarətçi qarşılayaraq dünyada ən çox turist qəbul edən ölkələr arasında dördüncü yerə yüksəldi.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Müdafiə sənayesindəki 80%-lik xarici asılılığımızı aradan qaldırdıq. Öz gəmi donanmamızı quraraq yeraltı sərvətlərimizi araşdırmağa başladıq. PUA sahəsində dünyada ilk 3 ölkədən biri olduq. Bundan başqa, bənzər göstəriciləri bir çox digər sahələrdə də görmək mümkündür.
Biz bunun pozulmasına imkan verməyəcəyik. Hamımız birlikdə Türkiyə olacağıq”, – deyə Ərdoğan əlavə edib.