Türkiyə, İran və Rusiya XİN başçıları ABŞ-də görüşdübackend

Türkiyə, İran və Rusiya XİN başçıları ABŞ-də görüşdü

Türkiyə, İran və Rusiya xarici işlər nazirləri keçirdikləri birgə iclasda İsrailin Suriyaya hücumunu müzakirə edib.

KONKRET.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan, İranın XİN başçısı Abbas Əraqçi və onların rusiyalı həmkarı Sergey Lavorv BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində üçtərəfli görüş keçirib.

Bildirilib ki, sentyabrın 28-də nazirlər Suriya üzrə Astana prosesini də müzakirə ediblər.

Tərəflər İsrail-Fələstin münaqişəsinin Livan və Suriyadakı vəziyyətə mənfi təsirindən də danışıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*