İsrail Müdafiə Ordusunun “Hizbullah”ın Livanın paytaxtı Beyrutda yerləşən mərkəzi qərargahını bombalaması nəticəsində qruplaşmanın cənub cəbhəsinin komandanı Əli Karaxi də ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Əli Karaxi “Hizbullah”ın baş katibi Həsən Nəsrullah ilə birlikdə ölüb.
Məlumata görə, bombardman nəticəsində “Hizbullah”ın başqa yüksək vəzifəliləri də ölüb.(report)