“Ermənistanın silahlanması Cənubi Qafqazda yeni təhlükəsizlik problemlərinə yol açır. Azərbaycan da öz hərbi arsenalını gücləndirir. Hərbi təyyarə parkının yenilənməsi qarşı tərəfə mesajıdır. Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri müasir qırıcı və silahlarla təchiz olunub. Həmçinin radiusu 300 km-dən 500 km-ə qədər ballistik raketlərə sahibdir”.
KONKRET.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə özünün feysbuk hesabında yazıb.
Ekspert maraqlı təkliflə çıxıb edib:
“İndi Azərbaycan 2020-ci il müharibəsindən daha güclü silahlara malikdir. Naxçıvanda Türkiyə ilə birgə ballistik raketlər yerləşdirmək lazımdır. Bu ballistik raketlər Naxçıvandan İrəvanı hədəf almalıdır. Ermənistan tərəfinin ballistik raketlər alması sitiuasiyanı gərginləşdirir. Paşinyan hesab edir ki, silahlanma hesabına Azərbaycandan güzəştlər əldə edə biləcək. Ermənistan ikinci Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə etdi. Amma Azərbaycan həmin raketləri havada zərərləşdirdi. Onlar unudurlar ki, Azərbaycan zəif dövründə belə güzəştə getmədi. Bundan sonra, yalnız Ermənistan güzəştə gedəcək və Zəngəzur dəhlizini açacaq. Bir neçə ballistik raket və artilleriya silahları ilə Azərbaycana qarşı əzələ nümayiş etdirmək istəyi gülünc görünür”.
Məlik,
KONKRET.az