Türkiyə ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat tədbirlərini davam etdirir.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat nəticəsində “Pəncə-kilid” bölgəsində terroçulara məxsus çoxlu sayda silah-sursat və digər avadanlıqlar ələ keçirilib.
Belə ki, 10 ədəd AK-47 və 2 ədəd M-16 avtomatı, 1 ədəd 7,62 PKMS snayper tüfəngi, 7 ədəd AT-4 tank əleyhinə silah və 60 ədəd əl qumbarası, eləcə də digər silah-sursat və ləvazimat aşkar olunaraq götürülüb.