Türkiyə qərarını verdi: Nobel mükafatlandırma mərasiminə qatılmayacaq.backend

Türkiyə qərarını verdi: Nobel mükafatlandırma mərasiminə qatılmayacaq

Türkiyə İsveçin paytaxtı Stokholmda keçiriləcək Nobel mükafatının təqdimetmə mərasiminə qatılmayacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, səbəb Ədəbiyyat üzrə 2019 Nobel Mükafatının qalibi Peter Handkedir. O, 1990-cı illərdə Yuqoslaviya Vətəndaş Müharibəsi zamanı serb qüvvələrinin yanında olan və müsəlmanlara qarşı ağır cinayətlərə görə məsuliyyət daşıyan Slobodan Miloşeviçə dəstək olduğu üçün qınanır.

Türkiyənin Stokholmdakı səfiri Haqqı Emre Yunt bildirib ki, ölkəsi Bosniya Herseqovinada yaşanan soyqırımı inkar edən və hər fürsətdə köhnə serb lideri Slobodan Miloşeviçə rəğbətini dilə gətirən avstriyalı yazıçı Peter Handkeyə görə təqdimetmə mərasiminə qatılmayacaq.

Avstriyalı yazıçı Peter Handke 2019-cu il Nobel mükafatına layiq görülüb. 77 yaşlı yazıçı sabah mükafatını alacaq. Həmçinin ona 1 milyon dollar pul mükafatı da veriləcək.

Müharibə cinayətləri və soyqırım törətdiyi üçün ittiham olunan Slobodan Miloşeviçə heyranlığını dilə gətirən Handke Kosovadakı müharibə əsasında nəşr olunan bir məqaləsində “serbləri dəstəkləyirsizsə ayağa qalxın” fikirlərini ifadə edib. Sarayevodakı müsəlman bosniyalıların özləri-özlərini öldürdüklərini və günahı serblərin üzərinə atdıqlarını deyən Handke dəfələrlə serblərin Srebrenitsada soyqırım etdiyinə inanmadığını dilə gətirib.

Handke həbsxanada olduğu müddətdə Miloşeviçi ziyarət edib, onun lehinə ifadə verməyə cəhd edib. 2006-cı ildə Miloseviçin cənazəsində iştirak edən Handke, “Serbiya üçün, Yuqoslaviya üçün, Slobodan Miloşeviç üçün burdayam” sözlərini deyib.

Hazırladı: Günel Museyib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*