Türkiyə vətəndaşı Naxçıvanda tutuldu: Özbəkistana verildibackend

Türkiyə vətəndaşı Naxçıvanda tutuldu: Özbəkistana verildi

Türkiyə vətəndaşı 01.01.1995-ci il təvəllüdlü Akdı Namiq Kamalın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.N.Kamal 2024-cü ilin oktyabr ayında Naxçıvan ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*