Türkiyədə məktəb direktoru oğlu ilə yaşlı ər-arvadı döyüb – VİDEObackend

Türkiyədə məktəb direktoru oğlu ilə yaşlı ər-arvadı döyüb - VİDEO

Türkiyədə məktəb direktoru işləyən ata oğlu ilə avtobusda yaşlı cütlüyü döyüb.

KONKRET.az xəbər verir ki, bununla bağlı görüntülər Türkiyə mətbuatında yayılıb.

Məlumata görə, hadisə ötən il dekabrın 15-də baş verib. Lakin avtobusun təhlükəsizlik kameralarında əks olunan görüntülər ötən gün ictimailəşib.

Bildirilib ki, məktəb direktoru işləyən İ.T. və 17 yaşlı oğlu görmə məhdudiyyətli 71 yaşlı kişini və onun yoldaşını döyüblər. Hadisə kiçik münaqişə nəticəsində baş verib.

Həmin gün cütlüyü döyən hər iki şəxs saxlanılıb, sonra isə həbs olunub.

Müzakirələrə səbəb olan həmin görüntüləri təqdim edirik:Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*