Türkiyədə qazma quyusunda partlayış baş verdibackend

Türkiyədə qazma quyusunda partlayış baş verdi

TPAO-nun Diyarbəkir-Batman avtomobil yolunda yerləşən Üçtəpə-1 qazma quyusunda hələ məlum olmayan səbəbdən partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində ikisi ağır olmaqla, 7 işçi yaralanıb. Hadisə yerinə tibb, yanğınsöndürmə və jandarma xidmətləri göndərilib. Partlayışdan sonra başlayan yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb.

İlkin məlumata görə, partlayışa qaz toplanması səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*