backend

Türkiyədə zəlzələ - Əhali təşvişə düşüb

Türkiyənin Elazığ vilayətində 4.9 bal gücündə zəlzələ meydana gəlib.

KONKRET.AZ xəbər verir ki, bu gün səhər saat 10:02-də baş verən yeraltı təkanlar yerli əhali arasında təşvişə səbəb olub.

Qeyd edək ki, Türkiyə çoğrafi mövqeyinə görə tektonik zona hesab edilir. Bundan əvvəl dekabrın 23-də Türkiyənin Tunceli vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Sentyabrın 26-da da İstanbulda 5,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 473 binaya ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*