Türkiyədə yeni virus aşkarlanıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “Arqumenty i Fakty” yazıb.
“Türkiyədə ilk növbədə mal-qaraya təsir edən təhlükəli virusa yoluxma hallarının sayı artıb. Yaranmış vəziyyət təkcə fermerləri deyil, Türkiyəyə gələn turistləri də narahat edir. Söhbət dabaq xəstəliyindən gedir.
Bu, dəridə və selikli qişalarda xarakterik səpgilər və xoralara səbəb olan kəskin virusdur. Əsasən heyvanlar xəstələnir. Lakin insanlar da az bişmiş ət, süd və digər heyvan mənşəli məhsullar yeyərkən, həmçinin xəstə heyvanlarla birbaşa təmasda olduqda yoluxa bilərlər”.
Bildirilib ki, bunun üçün xüsusi müalicə üsulu yoxdur.