Türkmənistanda çörək və nəqliyyat həqiqətən pulsuzdur? – Ölkənin gerçək üzübackend

Türkmənistanda çörək və nəqliyyat həqiqətən pulsuzdur? - Ölkənin gerçək üzü

Türkmənistanda 2024-cü ilin avqustunda bir sıra vilayət və şəhər rəhbərləri işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, Türkmənistanın Marı şəhərinin meri Kakamyrad Amanmuradov, Məryəm vilayətinin Vekilbazar və Taxtabazar etraplarının rəhbərləri – Qovşutmurat Amanov və Beqmirat Gekçeyev vəzifələrini itiriblər. Onlar həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilmədiklərinə görə vəzifədən azad ediliblər.

Türkmənistan paytaxtının hökumət dəhlizlərində belə söz-söhbət gəzir ki, Türkmənistanda son 7 ildə davam edən qida böhranı getdikcə pisləşir, eləcə də sosial-iqtisadi vəziyyət ağırlaşır. Bu səbəbdən ölkə hakimiyyəti Türkmənistanda ictimai-siyasi sabitliyin pozulmasından ehtiyat edərək mütəmadi olaraq regional administrasiyaların rəhbərlərini rotasiya etməyə məcbur olur.

Xatırladaq ki, hələ 2020-ci ildə Türkmənistanda “ərzaq kartları” adlanan kartlar tətbiq edilib ki, bu da əhalini zəruri ərzaq məhsulları ilə təmin etməyi hədəfləyib. Bəzi məlumatlara görə, hazırda Türkmənistanın paytaxtında belə əhaliyə çörəyi məhdud miqdarda verirlər.

Eyni zamanda, hakimiyyət “ucuz çörəyin növbəsiz və pulsuz olması” görüntüsünü yaratmaq məqsədilə təbliğati səylərini davam etdirir. Bununla belə, 2024-cü ilin fevral ayında Türkmənistan hakimiyyəti əhali üçün gözlənilmədən dövlət mağazalarında unun qiymətini bir neçə dəfə bahalaşdırıb və beləliklə, unun, çörəyin və bitki yağının güzəştli qiymətlərlə satışını həyata keçirib. Son altı ildə isə satış demək olar ki, dayandırılıb.

Qeyd edək ki, əhalinin zəruri ərazq məhsullarına əlçatanlığının pisləşməsi fonunda hakimiyyət Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və onun atası vətəndaşlar üzərində nəzarəti daha da gücləndirir. Türkmən xalqı, Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədov qiymət artımı ilə bağlı əhali arasında artan narazılıq fonunda ölkədə ictimai siyasi vəziyyətin mümkün destabilləşməsindən, kütləvi etirazlardan və öz hökumətinin zorakılıqla devrilməsindən ciddi şəkildə qorxur.

Bəzi məlumatlara görə, hazırda Türkmənistanın paytaxtı Aşqabad şəhərində ictimai nəzarət gücləndirilib, bütün hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçirilib və küçələrdə patrulluq edən asayiş keşikçilərinin sayı xeyli artıb. Türkmənistan vətəndaşları getdikcə daha çox küçədə təsadüfi yoxlamalara məruz qalırlar.

Üstəlik, ölkədə sabitliyi qorumaq və Türkmənistanın ictimai-siyasi məkanında gərginliyin dərəcəsini azaltmaq üçün “troll fabriki” adlanan qurumdan istifadə edilir və Berdiməhəmmədovlarla bağlı saytların səhifələrində yer alan məlumat mesajları altında Türkmənistanın rəsmi və yarı-rəsmi xəbər nəşrləri, dövlət liderlərini tərifləyən və “ölkədə hökm sürən sülhə görə onlara təşəkkür etməyə” çağıran şərhlər yer alır.

Türkmənistanda rəsmi dövlət rəvayətlərindən fərqli fikirlər tirajlayan internet istifadəçilərinin təqib və hədə-qorxu ilə üzləşmə halları artıb.

Eyni zamanda, Türkmənistanın hakimiyyət orqanları ölkədə iqtisadi problemlərin mövcudluğunu rəsmən tanımır, eyni zamanda, kütləvi ərzaq çatışmazlığı və bunun nəticəsində işsizliyin artması fonunda Türkmənistanın bəzi bölgələrində hakimiyyət orqanları pambıq yığımında uşaq əməyindən istifadəni qadağan edən qanunları pozur. Məsələn, ölkənin bir sıra rayonlarında qanuna zidd olaraq, ictimai işlər adı altında tələbə və məktəbliləri pambıq yığımına səfərbər edirlər.

Bax beləcə, ölkədə vəziyyət get-getə ağırlaşır.

KONKRET.az-ın ANALİTİK QRUPU

  • Haller
    Sentyabr 7, 2024 - 10:40

    Kartlar meselesi beledir: aile sayina gore corek ve bir nece qida mehsulu pulsuz verilir, amma elave almaq istesen o zaman pulla alirsan ve qaz, elektrik, su pulsuzdur. Diger meseleye geldikde ise, sizde de eynidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*