Azərbaycanlı uşaq Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Moskva şəhərində qeydə alınıb.
Belə ki, 3 yaşlı Amiral Seyidov ehtiyatsızlıqdan yaşadıqları çoxmərtəbəli binadan yıxılaraq vəfat edib.
Qeyd edək ki, uşağın ailəsi əslən Cəlilabad rayonundandır. Onlar uzun müddətdir ki, Rusiyada yaşayır.