Las-Veqasda keçirilən CES 2025 texnologiya sərgisində çinli startap “Rictor” tərəfindən təqdim olunan “Skyrider X1” uçan motosikleti böyük diqqət çəkib.
KONKRET.az Musavat.com-a istinadla xəbər verir ki, 100 km/saat sürətlə uçan və 40 dəqiqəlik uçuş müddət olan bu motosiklet şaquli eniş və qalxış edə bilir.
Elektrikli nəqliyyat vasitələri kimi 50 kW şarj girişi ilə təchiz olunmuş “Skyrider X1” həmçinin inteqrasiya olunmuş təcili paraşütla təhlükəsizliyi təmin edir.
Şirkət uçan motosikleti 2026-cı ildə 60 min dollar qiymətlə satışa çıxarmağı hədəfləyir.