Ucarda ağır yol qəzası baş verib, 11 nəfər yaralanıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes sprinter” və “Mercedes Vito” markalı avtomobillər toqquşub.
Hadisə zamanı yaralanan şəxslər aşağıdakılardır:
1962-ci il təvəllüdlü Cəmilə İbrahimova, 1988-ci il təvəllüdlü Rauf İmanov, 2024-cü il təvəllüdlü Əsra İmanova, 2022-ci il təvəllüdlü Leyla İmanova, 1994-cü il təvəllüdlü Zərnigar İmanova, 1987-ci il təvəllüdlü Fərqanə Məhərrəmova, 1992-ci il təvəllüdlü İsmət İbrahimli, 1992-ci il təvəllüdlü Aybəniz Abdullayeva və 1986-cı il təvəllüdlü Əlövsət Məhərrəmov, Behçəli Fərid Pərviz oğlu, 2017-ci il təvəllüdlü Xədicə Məhərrəmova.
Qeyd edək ki, xəsarət alan şəxslər Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yunis Quliyev