Ucuz maşınlar satışa çıxarıldı – Hyundai 8500 AZNbackend

Ucuz maşınlar satışa çıxarıldı - Hyundai 8500 AZN

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 30 yanvar 2025-ci il tarixində bir sıra balanssaxlayıcı təşkilatlara məxsus nəqliyyat vasitələri hərraca çıxarılacaq.

KONKRET.az xəbər verir ki, bu hərracda müxtəlif nazirliklərə, dövlət təşkilatlarına və idarələrə məxsus minik avtomobilləri, yük maşınları, kombaynlar və digər xüsusi texnikalar təqdim ediləcək.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında baş tutacaq. Hərracda iştirak etmək istəyən şəxslər e-emlak.gov.az elektron portalı vasitəsilə və ya yerində sifariş verə bilərlər. Sifarişlər ən gec 3 bank günü qalanadək qəbul edilir.

Ətraflı məlumatı auksion.gov.az saytından və ya (012) 311-01-60 nömrəsinə zəng edərək əldə etmək mümkündür. Hərracda iştirak etmək istəyən şəxslər satışa çıxarılan nəqliyyat vasitələri ilə əvvəlcədən tanış olmaq üçün balanssaxlayıcı təşkilatlarla əlaqə saxlaya bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*