Uitkoff Putinə 22 maddədən ibarət sülh planı təqdim edəcəkbackend

Uitkoff Putinə 22 maddədən ibarət sülh planı təqdim edəcək

ABŞ Prezidentinin xüsusi nümayəndəsu Stiven Uitkoff Rusiya lideri Vladimir Putinə Ukraynada döyüşlərə son qoymağa kömək edəcək 22 maddədən ibarət “plan” təqdim etmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə NBC öz mənbələrinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, şərtlər siyahısı/planı ABŞ, Avropa ölkələri və Ukraynadan olan nümayəndələr hazırlayıb. Sənəd 30 günlük atəşkəs təklifini ehtiva edir və həmçinin Putinin ABŞ-ın Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyi ilə bağlı tələbinə cavab verir.

Uitkoffun planı Rusiya prezidentinə nə vaxt təqdim edəcəyi açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*