Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları (PUA) Ukraynadan 1400 kilometr məsafədə yerləşən Ufa şəhərindəki (Başqırdıstan Respublikası) “Başneft-UNPZ” neft emalı zavoduna zərbə endirib.
KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” xüsusi xidmətdəki mənbəyə istinadən məlumat yayıb.
“Bu, son bir ay ərzində Ukrayna Təhlükəsizlik Xidmətinin Başqırdıstanda – Ukraynadan 1 400 kilometr məsafədə – üçüncü zərbəsidir. Ukrayna Təhlükəsizlik Xidməti istənilən obyektə çata bilər”, – mənbə qeyd edib.
Qeyd edək ki, Ufa şəhəri Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir və Rusiya Silahlı Qüvvələrini yanacaq, eyni zamanda yanacaq-sürtkü materialları ilə təmin edir.