Ukrayna Silahlı Qüvvələri 9 mayda atəşkəsə əməl etməyəcək.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müşaviri Sergey Stepanenko deyib.
“Ruslar atəşkəsi pozaraq Ukraynaya bir sıra hücumlar etdilər. Bu hərəkətlər Vladimir Putinin 9 may üçün elan etdiyi atəşkəsi ləğv edir”, – Stepanenko bildirib.
Qeyd edək ki, Rusiya Qələbə gününə görə 8 və 9 may tarixləri üçün birtərəfli qaydada atəşkəs elan edib. Ukrayna isə atəşkəsə 6 maydan başlanılması barədə qərarını elan edib.
Bu gün Rusiya Ukrayna tərəfinin elan etdiyi atəşkəsə məhəl qoymadan hücuma keçib.
