Ukrayna Ali Radasının 48 deputatı Milli Antikorrupsiya Bürosuna (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğuna (SAP) müstəqilliyin qaytarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
KONKRET.az xəbər verir ki, bunu Söz Azadlığı Komitəsinin rəhbəri Yaroslav Yurçişin bildirib.
“Müstəqilliyin NABU və SAP-a qaytarılması haqqında qanunu müxtəlif fraksiyalardan olan 48 deputat imzalayıb. Biz onu qeydə alırıq. Sabah səs verə bilərik”, – Yurçişin vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az