Ukrayna və Latviya yaxın vaxtlarda pilotsuz təyyarələrin birgə istehsalına başlayacaq.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin Telegram səhifəsində yayılan məlumata görə, bu barədə iki ölkənin hökumət başçıları Denis Şmıqal və Evika Silina arasında görüş zamanı bildirilib.
Tərəflər hərbi-texniki yardım və birgə mərmi təşkili məsələlərini müzakirə ediblər.
“Yaxın vaxtlarda Ukrayna Müdafiə Qüvvələrinin ehtiyacları üçün pilotsuz təyyarələrin birgə istehsalına başlanılacağı gözlənilir”, – deyə məlumatda bildirilir.
Həmçinin bu il daha bir neçə ukraynalı əsgərin Latviyada müalicəsi ilə bağlı razılıq əldə olunub.