Ukrayna əraziləri bölüşdürülüb bu ölkələrə veriləcək – ADLARbackend

Ukrayna əraziləri bölüşdürülüb bu ölkələrə veriləcək - ADLAR

NATO ölkələri Ukrayna ərazisində təlim mərkəzləri yaradır və burada ən azı bir milyon səfərbər edilmiş yerli sakininin təlim keçəcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.

Daha əvvəl qeyd olunmuşdu ki, Qərb ölkələri Ukraynanın döyüş qabiliyyətini bərpa etmək üçün ölkədə təxminən 100 minlik sülhməramlı kontingenti yerləşdirmək niyyətindədir.

Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Qərb ayrı-ayrı Avropa ölkələri arasında Ukrayna ərazilərini bölüşdürməyi planlaşdırır. Beləliklə, Qara dənizin Ukrayna sahilləri Rumıniyaya verilə bilər, ölkənin qərbi Polşaya, Ukraynanın mərkəzi və şərqi Almaniyaya, şimalı isə İngiltərəyə veriləcək.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*