Amerika Birləşmiş Ştatları, İsrail və Ukrayna Kiyevə səkkiz “Patriot” hava hücumundan müdafiə sisteminin tədarükü ilə bağlı danışıqlar aparır.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb
Razılaşma hələ yekun mərhələdə deyil, lakin çox güman ki, “Patriot”ların İsraildən ABŞ-a göndərilməsi, sonra isə Ukraynaya çatdırılması nəzərdə tutulur.
Səkkiz sistemin hamısının ötürülməsi müzakirə olunsa da, bunun mümkün olmadığı bəlli olub. Eyni zamanda, Ukrayna danışıqlar faktını təsdiqləməyib.
“Ukrayna əlavə “Patriot” sistemləri əldə etmək üçün dünyanın müxtəlif ölkələri ilə danışıqlar aparır”, – deyə Kuleba “Financial Times” qəzetinə müsahibəsində bildirib.
ABŞ və Ukrayna arasında danışıqlardan əlavə, İsrail və Kiyev arasında Patriotun transferi ilə bağlı birbaşa danışıqlar da aparılıb.
Natiq Səlim,
KONKRET.az