Ukrayna kəşfiyyatından ŞOK: Rusiya xüsusi xidmət orqanları…backend

Ukrayna kəşfiyyatından ŞOK: Rusiya xüsusi xidmət orqanları...

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GRU) Rusiyanın xüsusi xidmət orqanları və təbliğatçılarının ölkə daxilində etirazları qızışdırmaq məqsədilə fəallıq göstərdiyini bəyan edib.

KONKRET.az xəbər verir ki, qeyd olunur ki, Rusiya tərəfi xüsusilə antikorrupsiya orqanları ilə bağlı qanun ətrafında yaranan vəziyyəti yaxından izləyir və bu mövzudan Ukraynada ictimai sabitliyi pozmaq üçün istifadə etməyə çalışır.

“Etirazların miqyasını artırmaq, cəmiyyətdə parçalanmanı və xaosu dərinləşdirmək, bunun nəticəsində Ukraynanın mövcudluq uğrunda apardığı müharibə dövründə dayanıqlığını zəiflətmək məqsədilə Moskvanın təşkil etdiyi təxribat xarakterli addımlar istisna edilmir”, – deyə GUR-un məlumatında bildirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*