Ukrayna kəşfiyyatının növbəti HƏDƏFİ – SENSASİON MƏLUMATLARbackend

Ukrayna kəşfiyyatının növbəti HƏDƏFİ BU OLACAQ – SENSASİON MƏLUMATLAR

Ukrayna Təhlükəsizlik Xidməti (SBÜ) tərəfindən həyata keçirilən “Pautina” (Tor) adlı xüsusi əməliyyat beynəlxalq miqyasda rezonansa səbəb olub.

KONKRET.az xəbər verir ki, hərbi ekspertlər və siyasi müşahidəçilər bu hücumun “Rusiya üçün öz Perl-Harburu” olduğunu qeyd edirlər. Bəzi dəyərləndirmələrə görə, bu əməliyyatın uğuru hətta İsrailin məşhur “Pager” əməliyyatını da kölgədə qoyur.

Əməliyyat zamanı Rusiya Hərbi-Kosmik Qüvvələrinin strateji bombardmançı təyyarələri – Murmanskdan İrkutskadək bir neçə hərbi bazada – bir neçə dalğada kiçik, lakin dəqiq idarə olunan dronlarla vurulub. Rusiya tərəfinin verdiyi təyyarə itkisi ilə bağlı rəsmi məlumat yoxdur, lakin Ukrayna mənbələri 41 strateji bombardmançının sıradan çıxarıldığını bildirir. Bu təyyarələrin əksəriyyəti hələ sovet dövrünə aid olan, tam yenilənməmiş modellərdir və onların bərpası texniki və maliyyə baxımından qeyri-mümkündür.

Əməliyyat Rusiya ordusunun zəifliklərini və texnoloji geriliyini bir daha ortaya qoydu. Ən təhlükəli məqam isə odur ki, bu strateji zərbə Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vurub və Stambulda aparılan danışıqlarda rus nümayəndə heyətinin mövqelərini zəiflədib. Ukrayna isə bu faktlardan effektiv şəkildə istifadə edərək dünya ictimaiyyətinə döyüş meydanında hələ sözünü deməyə qadir olduğunu sübut edib.

Bununla belə, hərbi ekspertlər xəbərdarlıq edirlər ki, bir uğurlu əməliyyat müharibənin taleyini dəyişməyə yetərli deyil. Rusiya Ukraynaya qarşı uzunmüddətli, quru döyüşlərinə əsaslanan, tükəndirmə strategiyası yürüdür və strateji bombardmançıların itkisi bu balansda həlledici rol oynamır.

Bəzi rus analitiklərinin fikrincə, strateji aviasiyanın sıradan çıxması hətta orduda müəyyən rahatlıq yaradıb. Bu təyyarələrin saxlanılması və texniki baxımı çox baha başa gəlirdi və illərlə davam edən büdcə yükü artıq ortadan qalxıb. Digər tərəfdən, əməliyyatın 1,5 ilə hazırlandığı nəzərə alınsa, Moskva bu istiqamətdə yaxın vaxtlarda yeni təhlükə gözləmir.

Lakin müstəqil ekspertlərin çoxu hesab edir ki, Ukrayna kəşfiyyatı növbəti zərbəni Rusiya nüvə triadasının daha kritik komponentinə – strateji sualtı qayıqlara endirə bilər. Bu isə tamamilə yeni və daha təhlükəli mərhələnin başlanğıcı olar.

Nəticə etibarilə, “Pautina” əməliyyatı Ukrayna üçün mühüm psixoloji və texnoloji qələbə oldu. O, həm də göstərdi ki, müasir müharibələrdə yeni nəsil silahların və kreativ yanaşmanın rolu hərbi-siyasi müstəvidə həlledici ola bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*