Ukrayna ordusunda casusluq qalmaqalı: Hərbçilər Rusiyaya F-16 və PVO haqda məlumat ötürüblərbackend

Ukrayna ordusunda casusluq qalmaqalı: Hərbçilər Rusiyaya F-16 və PVO haqda məlumat ötürüblər

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iki hərbi qulluqçunun Rusiya tərəfinə məxfi məlumat ötürdüyünü aşkar edib.

KONKRET.az xəbər verir ki, onlardan biri Ukrayna aviasiyasının zabiti, hava hücumundan müdafiə üzrə təlimçidir. O, F-16, Mirage 2000 və Su-24 döyüş təyyarələrinin yerləşdiyi aerodromların koordinatlarını, həmçinin Ukrayna hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti barədə taktiki məlumatları Rusiya kəşfiyyatına təqdim edib.

İkinci şəxs isə Xarkov vilayətində xidmət edən səfərbər olunmuş əsgərdir. Araşdırmaya görə, o, qumar borclarını ödəmək üçün maddi mükafat qarşılığında Rusiyaya xidmət edib və düşmən artilleriyasının öz hərbi bölməsinin mövqelərinə zərbə endirməsinə yardım göstərib.

SBU qeyd edir ki, hər iki hərbi qulluqçu Rusiya tərəfindən yönləndirilən kuratorların tapşırıqlarını yerinə yetiriblər. Zabit Ukrayna PVO sisteminin zəif nöqtələrini aşkara çıxarmağa çalışıb, əsgər isə şəxsi borclarını bağlamaq üçün xəyanət yolunu seçib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*