Ukrayna ordusunun komandanı Trampdan görün nə istədi…backend

Ukrayna ordusunun komandanı Trampdan görün nə istədi...

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Trampdan müharibəni Rusiya ərazisinə keçirməyə görə yardım istəyib.

KONKRET.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “The Washington Post” qəzetinə müsahibəsində Ukraynanın təcili şəkildə çoxsaylı hava hücumundan müdafiə sistemlərinə və raketlərə ehtiyacı olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin Rusiya ərazisindəki hədəflərə uzaqmənzilli zərbələr endirilməsinə qoyduğu qadağa aradan qaldırılmalıdır.

General qeyd edib ki, ABŞ istehsalı olan Patriot sistemləri, pilotsuz təyyarə əleyhinə raketlər və yüngül aviasiya vasitələri Rusiya hücumlarını dayandırmağa kömək edə bilər.

Sırski əlavə edib ki, orta və uzaq mənzilli raketlərin – o cümlədən Amerikanın ATACMS və Almaniyanın Taurus raketlərinin – heç bir məhdudiyyət olmadan verilməsi Ukraynaya Rusiyanın hərbi sənaye obyektlərinə zərbələr endirməklə istehsal prosesini ləngitməyə imkan verəcək.

“İstənilən raket silahının mövcudluğu özü-özlüyündə çəkindirici amildir… Ümid edirəm ki, Trampın mövqeyi sayəsində bu proses daha asan olacaq və… biz əvvəllər olduğu kimi çətinliklərlə üzləşməyəcəyik”, – deyə general vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*