Ukrayna Ali Radası ikinci oxunuşda 12414 saylı qanun layihəsini qəbul edib. Qanuna əsasən Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) Baş prokurorun qərarlarına tabe olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak Teleqram kanalında məlumat verib.
Dəyişikliklərlə birlikdə sənədin lehinə 263 deputat səs verib.
Səsvermədən əvvəl bir sıra deputatlar tribunanın qarşısını almağa cəhd göstəriblər. Jeleznyakın sözlərinə görə, bu, qanunun qəbulunu dayandırmağın yeganə nəzəri yolu idi.
Bundan əvvəl Cinayət-Prosessual Məcəlləyə müvafiq dəyişikliklər parlamentin hüquq-mühafizə komitəsi tərəfindən dəstəklənib. Qanun layihəsi indiyədək müstəqil antikorrupsiya qurumları kimi fəaliyyət göstərən NABU və SAP-ın statusuna yenidən baxılmasını nəzərdə tutur.
Müşviq Tofiqoğlu
KONKRET.az