Ukrayna-Rusiya müharibəsində ölən ermənilərin sayı 2000 nəfərdən artıqdır backend

Ukrayna-Rusiya müharibəsində ölən ermənilərin sayı 2000 nəfərdən artıqdır 

Rəsmi məlumatlara görə Rusiyada 2 milyondan artıq erməni yaşayır. Ermənistandakı qohumlarına hər cür dəstək verən Rusiya ermənilərinin “böyük qardaşlarının” yanında isə işləri elə də yaxşı getmir. Rusiyadakı ermənilər kütləvi şəkildə  Ukrayna ilə müharibəyə göndərilir və əksəriyyəti də öldürülür.

KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində məhv edilən ermənilərin sayı iki min nəfəri keçib. Ermənistan mətbuatı yazır: ”Təəssüf ki, biz hər gün Ukrayna cəbhəsindən gələn erməni tabutları ilə bağlı Rusiyanın erməni icmalarından məlumatlar alırıq. Biz Yeni ili qeyd edərkən Rusiyada Putinin cəbhəyə göndərdiyi ermənilərin dəfn mərasimi keçirilir. Təxminən 3 il ərzində Rusiya tərəfdən 2000 erməninin həlak olması, 4000-dən çoxunun yaralanması ilə bağlı məlumat əldə etmişik. Ölənlərin qohumlarına  dəfn mərasimini ictimaiyyətdən gizli saxlamaq haqqında göstəriş verilib. Biz bu məlumatları lap sonralar əldə edə bilirik”.

Beləliklə, 44 günlük Vətən müharibəsində 10 minə yaxın hərbçisini itirən Ermənistan indi də Ukrayna cəbhəsində itkilər verməkdə davam edir. Düzdür, Ukraynada məhv edilən ermənilərin Rusiya vətəndaşı olduqları bildirilir. Nə fərqi var, erməni hər yerdə ermənidir. Qarabağda Azərbaycana qarşı vuruşanların da hamısı Ermənistan vətəndaşı deyildi. Qarabağda dünyanın dörd bir yanından gələn ermənilər vuruşub. Onlar indi də Ukraynada məhv edilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*