Ukraynada bir sıra vəzifəli şəxslərə “Telegram”dan istifadə qadağan olundubackend

Ukraynada bir sıra vəzifəli şəxslərə "Telegram"dan istifadə qadağan olundu

Ukraynada hökumət üzvləri, hərbçilər, ordu və təhlükəsizlik orqanlarının şəxsi heyəti “Telegram” platformasından istifadə edə bilməyəcəklər.

KONKRET.az-ın “5.ua” portalına istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurası qərar verib.

Bu qərar eyni zamanda ölkənin kritik cəhətdən əhəmiyyətli infrastrukturlarının istismarı ilə məşğul olan şirkətlərin əməkdaşlarına da şamil olunacaq.

Bu platformadan xidməti məqsədləri üçün yararlanan şəxslər məhdudiyyətlərdən kənarda qalacaq.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*