Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə KONKRET.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Qeyd edilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Sosial yardimlar ne vaxt verilecek
Niye yalan danisirsiz men usaga pensiya aliram Naxcivan hele verilmeyib nece yekunlasibb
Emi ler pensiya emek haqqi deyil. Pensiyalar ayin ortsinda ve ya axirina deyil, ayin evvelinden odenilmelidir. Ozude butun nov pensiyalar. Bunu bacarmalisiniz. Insanlar bu haqqi qazaniblar