Payız mövsümündə vacib olan vitaminlər – SİYAHIbackend

Payız mövsümündə vacib olan vitaminlər - SİYAHI

“Payızda bir çox insanlar mövsümi apatiya, pis əhval-ruhiyyə və hətta siklon depressiya ilə üzləşirlər”.

KONKRET.az xəbər verir ki, bu barədə tanınmış rus pediatr Məryəm Sayfulina danışıb.

Mütəxəssis əvvəlcə sümük böyüməsi və skeletin formalaşması üçün lazım olan D vitaminin adını çəkib:

“Bu vitamin balıqda, bəzi süd məhsullarında olur və əlavə olaraq günəş işığına məruz qaldıqda əmələ gəlir”.

Sayfulina payız pəhrizinə qoz-fındıq, süd məhsulları, yaşıl tərəvəzlər və tərkibində kalsium olan otlar daxil etməyi tövsiyə edib. Bundan əlavə, qırmızı ət və paxlalılar kimi dəmir tərkibli qidalar da verilməlidir.

İmmunitet sistemini gücləndirmək üçün həmçinin C vitamini olan tərəvəzlər, o cümlədən sitrus meyvələri, kivi, bolqar bibəri və B vitamini olan qidalar, yəni dənli bitkilər, ət, yumurta lazımdır. Onlar sinir sisteminin inkişafına kömək edir.

Dietoloq Olqa Maryasova isə qeyd edib ki, C, D, B1, B2, B6, B12, A və E vitaminləri orqanizmin ümumi sağlamlığı və immunitet sisteminin gücləndirilməsi üçün əsas əhəmiyyət kəsb edir.

Skandinaviya Sağlamlıq Mərkəzinin həkimi Olqa Çistik isə deyib ki, payızda bir çox insanlar mövsümi apatiya, pis əhval-ruhiyyə və hətta siklon depressiya ilə üzləşirlər. Hər şey günəş işığının olmaması ilə bağlı deyil – D vitamini mənbəyi. O, bu dövrdə daha çox qoz-fındıq və tərəvəz yeməyi məsləhət görüb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*