Ukrayna Rusiya ilə münaqişəyə son qoymaq istəyir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlətinin başçısı Volodimir Zelenski Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə Kiyevdə apardığı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, bu il Rusiya ilə silahlı münaqişəyə son qoymaq lazımdır.
“Biz bu il ikinci sülh sammitini – müharibəyə son qoya biləcək sammiti təşkil etmək üçün Ukraynanı mümkün qədər gücləndirməliyik”, – Zelenski bildirib.
Onun sözlərinə görə, Avropada hamı sülhdə maraqlıdır:
“Sülh nə müharibənin dondurulması, nə də beynəlxalq hüquq və əxlaqın manipulyasiyası deyil. Dünya etibarlı olmalıdır və belə də olacaq”.
Bundan əvvəl Zelenski Ukrayna üçün silahlı münaqişənin dayandırılması kontekstində son vaxtlar dəfələrlə danışdığı qələbə planını tam hazırladığını iddia edib.
Ayla Günəş,
KONKRET.az