“Liverpul”un qapıçısı Alisson Bekker Premyer Liqanın V turunda “Bornmut”la oyunu buraxa bilər.
KONKRET.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot yerli mətbuata açıqlamasında deyib.
O, əzələsində yüngül zədə olan qolkiperin növbəti matçda iştirakının sual altında olduğunu deyib.
Sabah keçiriləcək “Liverpul” – “Bornmut” oyununa saat 19:00-da start veriləcək.
Natiq Səlim,
KONKRET.az