Ukraynada müharibə hələ bu qədər davam edəcək – Budanovdan ETİRAFbackend

Ukraynada müharibə hələ bu qədər davam edəcək - Budanovdan ETİRAF

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov bildirib ki, Kiyev hələ də müharibənin aktiv mərhələsinin 2026-cı il ərzində başa çatacağına ümid edir. Bununla yanaşı, o, danışıqların nəticəsiz qalacağı təqdirdə hərbi əməliyyatların uzun illər davam edə biləcəyi barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki,  Budanov bu fikirləri RBC-Ukrayna nəşrinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, sülh prosesi dayanmayıb, sadəcə tempi zəifləyib.

Budanov hesab edir ki, aktiv döyüşlərin cari il ərzində başa çatması ehtimalı qalır, lakin yekun razılaşma əldə olunana qədər tərəflər yeni eskalasiya mərhələsindən keçə bilərlər.

Budanov vurğulayıb ki, Ukrayna ərazi güzəştlərinə getmək niyyətində deyil və ölkənin sərhədləri ilə bağlı məsələlərin kompromis mövzusu olmadığını bildirib.

Budanovun sözlərinə görə, Rusiya danışıqlar mövqeyi çərçivəsində nəzarətində olan ərazilərin beynəlxalq səviyyədə tanınmasına nail olmağa çalışır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*